Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, rayonun Novo İvanovka kəndi ərazisində kənd sakini Gəncəli Usubov idarə etdiyi “Toyota” markalı avtomobili dərəyə aşırıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.